Süni intellekt sənayesinin aparıcı adlarından biri olan “OpenAI” yenilikləri ilə bağlı açıqlama verib. “ChatGPT”-nin tərtibatçısı “OpenAI” yeni axtarış funksiyalarının prototipi olan “SearchGPT”-ni sınaqdan keçirdiyini bildirib
QafqazTürk.com xəbər verir ki, “OpenAI” tərəfindən verilən açıqlamada bildirilir ki, “SearchGPT” istifadəçilərə aydın və uyğun mənbələrlə sürətli və vaxtında cavablar təqdim etməyi hədəfləyir.
Qeyd olunur ki, Google-dan fərqli olaraq, SearchGPT istifadəçiyə veb səhifələrdən əldə etdiyi məlumatların xülasəsini təqdim edir və sonra birbaşa veb səhifələrə keçid əvəzinə öz linki ilə qısa təsvirlər təqdim edir. Bundan əlavə, istifadəçilər süni intellektə sual vermək və yan paneldə müvafiq linkləri açmaq imkanı əldə edirlər.