Another advertisement
Doqquz il əvvəl Tbilisidə Gürcüstanlı iş adamını qətlə yetirən Azərbaycan vətəndaşı Fərid Qurbanov saxlanılıb.
QafqazTurk bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, Fərid Qurbanov İstanbulda saxlanılıb.
Məlumata görə, o, “Tısbağa gölü” kompleksinin keçmiş sahibi Beso Xardzianini qətlə yetirməkdə təqsirli bilinir. İstintaq müəyyən edib ki, Fərid Qurbanov qətl hadisəsini Rusiya vətəndaşı Oleq Doyevlə birlikdə həyata keçirib. Onların hər ikisi eyni gündə Gürcüstandan Türkiyəyə keçiblər.
Gürcüstan Baş Prokurorluğunun müraciəti əsasında Fərid Qurbanov İstanbulda saxlanılıb. Fərid Qurbanovun Gürcüstana ekstradisiya ediləcəyi bildirilir. Cinayətdə iştirak edən digər şəxs Oleq Doyevə gəlincə, o, beynəlxalq axtarışdadır.