İyulun 19-21-də Türkiyənin Koçaeli şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku keçirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Marneuli bələdiyyəsinin idman mərkəzi məlumat yayıb.
Məlumata görə, Marneuli Bələdiyyəsi idman məktəbinin qız cüdoçusu Lisa Davadze 63 kq çəki dərəcəsində uğurla çıxış edərək gümüş medal qazanıb.
Marneuli meri Kənan Ömərov Liza Davadzeni vitse-çempion titulunu qazanması münasibətilə təbrik edib və bu nəticənin gənc idmançıları həvəsləndirəcəyini bildirib.
“Marneuli cüdoçusu Liza Davadzeni avrokuboklarda uğurla çıxış edərək vitse-çempion titulunu qazanması münasibətilə təbrik edirəm.
Sağlam həyat tərzini təbliğ etmək və marneulili gənclərin daha geniş arenada irəliyə doğru addım atması bizim üçün vacibdir!
İnanıram ki, Lizanın nəticəsi Marneulidən olan gənc idmançıları motivasiya edəcək” , – deyə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov bildirib.