Another advertisement
Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farion xəstəxanada dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Məlumatı Lvov meri Andrey Sadov təsdiqləyib:
“Məlum olub ki, İrina Farion xəstəxanada ölüb. Həkimlər hər şeyi etsələr də onu xilas edə bilməyiblər. Lvov ictimaiyyəti ailəsinə, onu tanıyan və sevən hər kəsə dərin hüznlə başsağlığı verir”.
Xatırladaq ki, iyulun 19-da saat 19:30 radələrində Farion Lvovdakı evinin yaxınlığında hücuma məruz qalıb və başından odlu silahla güllələnib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxs qaçıb.