Qiorqi Mixautadze rəsmən artıq “Lion”un futbolçusudur.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı komandanın özü yayıb.
Gürcüstan millisinin forvardı uşaqlıq klubu ilə 2028-ci ilin iyuluna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Metsi” bu transferdən birbaşa “Lion”dan 18,5 milyon avro, üstəlik əlavə maksimum 4,5 milyon avro, həmçinin Mikautadzenin sonrakı transferindən təxminən 1 milyon avro və digər gəlirlərinin 15%-ni alacaq. . .
Məhz buna görə də Qiorqi Mikautadzenin “Lion”a keçidi gürcü futbolunun tarixinə düşüb, çünki indiyədək heç bir klub gürcü futbolçuya bu qədər böyük məbləğ ödəməyib.
GEO TEAM-in məlumatına görə, transferlər arasında “Ayaks”da Qiorqi Mikautadze (16 milyon) və “Milan”da Kaxa Kaladze (16 milyon) ikinci yerdədir.