Another advertisement
Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan hərbçilərinin Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərində mühəndis işləri görən traktoru atəşə tutub.
QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.