This is a specific ad

Ədliyyə naziri məhbusların aclıq elan etməkləri ilə bağlı yayılan xəbərlərə dair açıqlama verib

83

Another advertisement

“Aclıq elan edən məhbusların sayı ilə bağlı yayılan məlumatlar dezinformasiyadır, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır!”

QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze sosial şəbəkədə yazır.

Onun sözlərinə görə, “birbaşa və ya dolayı yolla məhbusları aclıq aksiyasına sövq etmək böyük səhvdir”.

“İnsan sağlamlığı və həyatı ancaq namussuz bədxahlar tərəfindən oynanılır və manipulyasiya edilir. Bunu insanlıq iddiasında olan müxalifətə və mediaya xatırlatmağa ehtiyac yoxdur. Rəqibin təxribatçı, çirkli və çox vaxt qeyri-insani üsulları bizim üçün yeni deyil. Onlar bu cür hərəkətləri ilə birləşmiş bolşevik hərəkatının məhbuslara, ümumən insan haqlarına münasibətini bir daha nümayiş etdirdiklərini unudurlar.

Bugünkü Gürcüstan dövlətinin başlanğıc nöqtəsi insan və onun hüquqlarıdır. Buna uyğun olaraq, biz cəmiyyətimizin aldadılmasına və hüquqlarının ayaqlar altında tapdalanmasına imkan verməyəcəyik!”, – Rati Breqadze yazır.

Xatırladaq ki, mətbuatda məhbusların amnistiya qanunu layihəsinin maddələrinin genişləndirilməsi tələbi ilə aclıq aksiyasına başladığı barədə məlumatlar yayılıb. Mətbuatda yer alan xəbərlərə görə, söhbət Ksani, Kutaisi və Qldani şəhərlərinin 8-ci müəssisəsindəki məhbuslardan gedir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
İrakli Kobaxidze: “Biz ən azı 12 il heç bir seçkini uduzmaq fikrində deyilik”
Öncəki yazı
İrakli Kobaxidze- Olimpiya çempionları üçün 1 milyon lari mükafat ayrılacaq