Gürcüstan hökuməti Olimpiya çempionları üçün 1 milyon lari, gümüş medalçılar üçün yarım milyon lari, bürünc mükafatçılar üçün isə 250 min lari ayıracaq.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan olimpiyaçılarının Olimpiya Oyunları ilə bağlı təşkil olunmuş tədbirdə çıxışı zamanı açıqlayıb..
Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstan idmanına, Gürcüstan olimpiyaçılarına, olimpiya komandasına dəstək davam edəcək və bu dəstək ildən-ilə artacaq.
“Ənənəvi olaraq, Olimpiya Oyunlarından əvvəl mükafat təsis edilir və bu halda Gürcüstan hökuməti tərəfindən Olimpiya çempionları üçün bir milyon lari, gümüş medalçılar üçün yarım milyon lari, bürünc mükafatçılar üçün isə 250 min lari ayrılacaq. Əminəm ki, çempionluq uğrunda sona qədər mübarizə aparmaq üçün əlavə motivasiyaya ehtiyacınız yoxdur, lakin bu, motivasiyanızı artıracaq əlavə amildir.
Mən Gürcüstan hökuməti adından sizə söz verirəm ki, biz Gürcüstan idmanını, Gürcüstan olimpiyaçılarını, olimpiya yığmasını bundan sonra da dəstəkləyəcəyik və bu dəstək ildən-ilə artacaqdır. Mən sizə Olimpiya Oyunlarında uğurlar arzulayıram”, – deyə İrakli Kobaxidze bildirib.