This is a specific ad

Gürcüstan siyasətçiləri Donald Trampın güllələnməsinə münasibət bildiriblər

48

Another advertisement

Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə ABŞ-ın keçmiş prezidenti Trampa hücumdan dərin sarsıldığını  yazır.

QafqazTürk Media xəbər verir ki, Prezidentin sözlərinə görə, siyasi zorakılıq acınacaqlıdır və demokratiyada yer olmamalıdır.

“Prezident Trampa və bütün yaralılara tezliklə sağalmalarını arzulayıram. Bu hücum zamanı ölən şəxsin ailəsinə də başsağlığı verir”, – prezident Zurabişvili yazıb.

İrakli Kobaxidze ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı edilən hücumdan sarsıldığını qeyd edib.

Hökumət başçısı qeyd edir ki, zorakılığın siyasətdə yeri yoxdur.

“Siyasətdə zorakılığın yeri yoxdur və biz onun bütün formalarını pisləyirik. Prezident Trampa tez və tam sağalmasını arzulayıram. Biz Amerika xalqının yanındayıq!”, – bəyanatda deyilir.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial şəbəkədə Donald Trampa qarşı təşkil olunan sui- qəsddən narahat olduğunu  bildiririb.

“Mən prezidentliyə namizəd Donald Trampın az qala həyatına son qoyan zorakılıqdan çox narahatam.”

Papuaşvili prezident Trampa tezliklə və tam sağalmasını arzulayıb.

“Siyasətdə zorakılığa yer olmamalıdır və ümid edirəm ki, bu dəhşətli hadisə bütün layiqli insanlar üçün radikal və ekstremist zorakılığı pisləmək üçün dönüş nöqtəsi olacaq.

Prezident Trampa tezliklə və tam şəfa diləyir, ailəsinə başsağlığı verirəm.

Biz Amerika xalqının yanındayıq!”, Papuaşvili yazıb.

Məlumat üçün bildirək ki, Donald Tramp Pensilvaniya ştatında tərəfdarları ilə görüş zamanı baş verən atışma nəticəsində yaralanıb. İclas iştirakçılarından biri həlak olub, iki iştirakçı isə ağır yaralanıb. ABŞ Məxfi Xidməti tərəfindən zərərsizləşdirilən silahlının özü də öldürülüb. ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampa sui-qəsd cəhdində əli olan şəxsin kimliyini müəyyən edib və onun 20 yaşlı Tomas Metyu Kruks olduğunu bildirib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi Gürcüstana qarşı “MEGOBARI” aktını qəbul edib
Öncəki yazı
მოსკოვში, სამგზავრო თვითმფრინავის ჩამოვარდნის შედეგად, ეკიპაჟის ყველა წევრი დაიღუპა