This is a specific ad

76

Another advertisement

4 və 6 iyul tarixlərində  “İcma Səfirləri” təşəbbüs qrupu və “Gürcüstan Azərbaycanlıları Konqresi”-nin birgə əməkdaşlığı və “QafqazTürk Medianın” dəstəyi çərçivəsində seçkilər haqqında treninq keçirildi.

Treninqin spikeri qeyri-hökümət təşkilatı “ISFD” -in Marneuli bələdiyyəsi üzrə nümayəndəsi Fəqan Abbasov seçkilərdə fəal iştirakın vacibliyindən, seçkilərdə bir səsin əhəmiyyətindən, ədalətli seçkilərin ölkəmizin demokratik gələcəyi ilə nə dərəcədə əlaqəli olduğundan, seçkilərdə dəyişikliklərdən, elektron texnologiyalardan, seçki həddindən, proporsional sistemdən və s. danışıb.

2 günlük treninqdə “GAK” və “QafqazTürk Medianın” əməkdaşları, icma nümayəndələri və gənclər iştirak ediblər.

Qeyd edək ki, treninqlər Beynəlxalq Respublika İnstitutunun (İRİ) Gənclərin Gücləndirilməsi Proqramının maliyyə dəstəyi ilə həyata keçirilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Avropa çempionatının seçmə mərhələsində Gürcüstanın qadınlardan ibarət milli komandası Belarusla qarşılaşacaq
Öncəki yazı
Norveçdən Ukraynaya 6 ədəd F-16!