Another advertisement
Marneuli meriyasının Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsinə yeni ştat əlavə olunacaq.
QafqazTürk xəbər verir ki, sözügedən məsələ Bələdiyyə Məclisinin bu gün keçirilən islasında müzakirə olunub.
“Xidmətdə işlər çoxaldığına görə, Təhsil, Mədəniyyət, İdman və Gənclərlə İş Şöbəsində Baş Mütəxəssis vəzifəsinin əlavə olunmasına ehtiyac yarandı. Xahiş edirik, ştatın əlavə olunmasına razılıq verəsiniz”, – deyə Meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze bildirib.
Qeyd edək ki, Bələdiyyə Məclisinin 4 aprel tarixində keçirilən yığıncağında 8 məsələ müzakirə olundu və hər bir məsələ haqqında qənaətbəxş qərar verildi.