This is a specific ad

Pavel Herçinski: “Gürcüstan üçün ayırdığımız 30 milyon avro donduruldu”

481

Another advertisement

“Gürcüstan və Avropa İttifaqı arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq istiqamətilə yeni qərar qəbul edildi. Təəssüf ki, sizə bildirməliyik ki, liderlər Gürcüstanın Müdafiə Qüvvələrinə dəstək üçün “Avropa Sülh Fondu” tərəfindən ayrılan pulları da dondurmaq qərarına gəliblər.”

Qafqaztürk.com xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski Tbilisidə keçirilən “Avropa İttifaqının genişlənməsi – Avropa İttifaqına namizəd ölkələr üçün geosiyasi ehtiyac və gələcək addımlar” beynəlxalq konfrans başa çatdıqdan sonra jurnalistlərə bildirib.

“Hazırda Gürcüstanın Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro məbləğində pul dondurulub. Bu, yalnız ilk addımdır, başqa addımlar da olacaq. Gürcüstan hökumətinə birbaşa dəstəyimiz məhdud olacaq və biz Gürcüstan hökumətinin birbaşa dəstəyini vətəndaş cəmiyyətinə və mediaya yönəltməyə çalışacağıq. Bu barədə Lüksemburqdakı Xarici Əlaqələr Şurasından sonra məlumat verilib. Gürcüstan hökumətinə birbaşa dəstəyimiz getdikcə azalacaq və diqqəti vətəndaş cəmiyyətinə və mediaya yönələcək. Çox təəssüflə bildirirəm ki, bu siyasətin ilk qurbanı Müdafiə Nazirliyinə verdiyimiz dəstəyimiz olacaq. Belə ki, Gürcüstanın müdafiəsinə dəstək üçün ayırmağı planlaşdırdığımız 30 milyon avro dayandırılıb. Bildiyiniz kimi, bizim Gürcüstan hökumətinə dəstəyimiz vətəndaş cəmiyyətinin dəstəyindən 10 dəfə çoxdur, biz uzun illərdir ki, Gürcüstan hökumətini maliyyələşdiririk. Aİ dəstəyimizin demək olar ki, yarısı Gürcüstan hökumətinə birbaşa büdcə dəstəyidir. Bu birbaşa dəstəyin mərhələli şəkildə azaldılması, istiqamətinin dəyişdirilməsi və bildiyimiz kimi, hazırda Gürcüstanda “xarici təsirin şəffaflığı haqqında” qanuna görə böyük təzyiq altında olan vətəndaş və media qurumlarına dəstəyin artırılması barədə qərar qəbul edilib”,-səfir qeyd edib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrini nəzərə alan Vaşinqton iqtidarı dəyişmək qərarına gəlib
Öncəki yazı
Toplananların yerini dəyişməyəndə cəm dəyişir?