İranda keçirilən prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkiani qalib gəlib.
Qafqaztürk.com bu barədə İranın seçki qərargahına istinadən xəbər verir.
İranda prezident seçkilərinin ikinci turunda hesablanmış 30,5 milyon səsdən Pezeşkiani 16,3 milyondan çox, onun rəqibi, rejim tərəfdarı və İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlil isə 13,5 milyondan çox səs toplayıb.
Prezident seçkilərinin ikinci turunda seçici fəallığı 49,8 faiz təşkil edib.
Xatırladırıq ki, İranda prezident seçkiləri prezident İbrahim Rəisin təyyarə qəzasında həlak olması səbəbindən təyin edilib. Seçici fəallığının cəmi 40%-ni təşkil etdiyi birinci turda heç bir namizəd səs çoxluğu qazanmadıqdan sonra ikinci turun keçirilməsi zərurəti yaranıb.