This is a specific ad

Marneuli bələdiyyəsində yeni məscidin açılışı baş tutdu

49

Another advertisement

Dünən Marneuli bələdiyyəsində yeni bir məscid açıldı.

Qafqaztürk.com xəbər verir ki, Axlılələ kəndində İmam Həsən adına məscidin açılış mərasimi baş tutub.

Bunun bərabər tədbir çərçivəsində Şəhidlər Bulağının da açılışı olub.

Tədbirə Gürcüstan müsəlmanları idrəsinin şeyxi Faiq Nəbiyev,Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Parlamentin deputatı Zaur Darğallı, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, dini məsələlər üzrə dövlət agentliyinin sədri Zaza Vaşağmadze, və Türkiyə, Azərbaycan və İran səfirliklərinin nümayəndələri qatılmışdılar.

Açılış mərasimində Agentlik tərəfindən nəşr olunmuş “Gürcüstanda fəaliyyətdə olan mədəni abidələr 2023” kitabının təqdimatı da baş tutub.

Dini məsələlər üzrə agentliyin sədri öz çıxışında məscidi inşaa edən iş adamına, mərkəzi və yerli hakimiyyətə minnətdarlığını bildirirək dövlətin müsəlman icmasına verdiyi dəstəyi xüsusi vurğulayıb.

Tədbirdə İmam Həsən adına məscidə Gürcüstan müsəlmanları idarəsinin şeyxi tərəfindən qızılla yazılmış Ayətül- Kürsi duası lövhəsini hədiyyə edib.

Kateqoriya: Marneuli
Sonrakı yazı
Marneuli bələdiyyəsində yeni məscidin açılışı baş tutub
Öncəki yazı
8 ივლისს, 18:30 სთ-ზე მარნეულის მუნიციპალიტეტის ,,კულტურის ცენტრი”-ს სოფ. თამარისის კულტურის სახლის ქორეოგრაფიული ანსამბლის ,,თამარიონი” -ს სოლო კონცერტი გაიმართება