Another advertisement
Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyası zamanı Rusiya və Ukrayna nümayəndələri arasında dava düşdü.
Sosial şəbəkələrdə yayılan videoda deputatlar arasında fiziki qarşıdurmanın rus deputat, Valeri Stavitskinin Ukrayna bayrağını aşağı çəkməsindən sonra başladığı görünür. Bu səbəbdən deputat Oleksand Narikovski və rus deputat arasında münaqişə yaranıb.
Bununla yanaşı, Türkiyədə keçirilən tədbirdə iştirak edən ukraynalı və rus deputatlar arasında fiziki qarşıdurma iclas zalında da davam etdi.
Qeyd edək ki, bu il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyası Ankarada keçirilir.