Tramp Ukrayna və Gürcüstanı NATO-ya daxil etməmək üçün razılaşmanı nəzərdən keçirir
“Politico” nəşri mənbələrə əsaslanaraq yazır ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp NATO ilə gələcək münasibətlər üçün plan hazırlayır. Nəşr yazır ki, Ukraynada iki il yarımdır davam edən münaqişənin tez bir zamanda həlli çox güman ki, Trampın alyansla bağlı planlarında mühüm rol oynayacaq.
Trampa yaxın iki milli təhlükəsizlik ekspertinin sözlərinə görə, o, NATO-nun şərqə doğru daha da genişlənməsini, xüsusən də Ukrayna və Gürcüstanın daxil olmasını rədd edəcəyi və Trampın Moskvanın Ukrayna ərazisinin nə qədər hissəsini saxlaya biləcəyi ilə bağlı Putinlə danışıqlar aparacağı sazişi nəzərdən keçirir.
Nəşr qeyd edir ki, Trampa yaxın ekspertlərin bir qismi əsasən xərclər məsələsinə diqqət yetirir, digərləri isə Avropa ölkələrinin daha çox xərc çəkməsini və daha çox hərbi yük götürməsini istəyir.
Birləşmiş Ştatlar NATO əməliyyatlarına ən böyük töhfə verən ölkədir və müdafiəyə təxminən 860 milyard dollar xərcləyir ki, bu da 2023-cü ildə NATO-nun ümumi xərclərinin 68 faizini təşkil edəcək. Bu, ən çox xərcləyən ikinci ölkə olan Almaniyanın göstəricisindən 10 dəfə çoxdur.
Məqalədə deyilir ki, Trampın planının bir hissəsi iki səviyyəli NATO sistemidir və bu ideya ilk dəfə Tramp administrasiyasının keçmiş yüksək rütbəli rəsmisi olan təqaüdçü ordu generalı Keyt Kelloq tərəfindən irəli sürülüb. Bu o deməkdir ki, ÜDM-in 2 faizini müdafiəyə xərcləmək məqsədinə hələ çatmamış üzv dövlətlər ABŞ-ın müdafiə sərvətindən və təhlükəsizlik zəmanətindən faydalana bilməyəcəklər”, – deyə bildirilir.