Another advertisement
Malmö Prokurorluğu Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı yandıran danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludan üçün qiyabi həbs qərarı verib.
QafqazTürk.com xəbər verir ki, bu barədə “Aftonbladet” məlumat yayıb.
Qəzetə müsahibə verən Paludan, “Ümumiyyətlə İsveç polisi və xüsusilə Malmö polisi məni qorumaq istəmir, ona görə də İsveçə gəlməyim təhlükəlidir və İsveçə gəlmək istəmirəm, istəyirəm videoifadə verim” deyib.
Paludan haqqında qiyabi həbs qərarı çıxaran prokuror Adrian Combier Hogg mövzu ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.