Another advertisement
Saqareco bələdiyyəsinin Yor Muğanlı kəndində yerli sakinə qarşı fiziki təzyiq olub. Hadisəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.
QafqazTürk xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumata görə, hadisə ilə əlaqədar bir neçə şəxs artıq saxlanılıb.
Məlumata görə, əlləri bağlı vəziyyətdə olan zərərçəkmişi 10 nəfərə yaxın şəxs təhqir edib və daha sonra döyüblər.
Mövcud məlumata görə, 35 yaşlarında olan zərərçəkmişi aldadaraq evdən çıxarıblar. Təsdiqlənməmiş məlumatlara görə, hadisə qısqanclıq zəminində baş verib. Zərərçəkmişin yaxınları isə qeyd edirlər ki, fakt biznes maraqlarına görə olub.