This is a specific ad

Bu gün, 1 iyul tarixindən Gürcüstanda laminatlı şəxsiyyət vəsiqələri ləğv edilir

58

Another advertisement

Bu gündən Gürcüstanda  laminatlı şəxsiyyət vəsiqələri ləğv edilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.

Bu qərar 2011-ci il iyulun 28-dən əvvəl verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinə təsir edir.

Məlumata görə, martın 15-dən  şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri  ilə əvəz edilməsi prosesi pulsuz həyata keçirilir.

Aksiya  çərçivəsində 105 mindən çox insan laminatlı vəsiqələrini dəyişdirib.

Qeyri-elektron şəxsiyyət vəsiqələrini elektron şəxsiyyət vəsiqələri ilə pulsuz dəyişdirmək istəyən şəxslər Ədliyyə Evlərinə, Səyyar Ədliyyə Evlərinə, habelə  Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluq müəssisələrinə müraciət edə bilərlər.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Yor-Muğanlı kəndində gənc 10 nəfər tərəfindən döyülüb
Öncəki yazı
ემანუელ მაკრონის პარტიამ არჩევნები წააგო