Another advertisement
Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda restoranda baş verən partlayış nəticəsində beş nəfər ölüb.
QafqazTürk xəbər verir ki, hadisə zamanı daha 63 nəfər yaralanıb.
Mövcud məlumata görə, hadisə yerinə təcili yardım, xilasedicilər və polis əməkdaşları cəlb olunublar. Polis partlayışın baş verdiyi restoranın qarşısında təhlükəsizlik tədbirləri görüb.
Partlayış nəticəsində ətrafdakı 11 binaya da ziyan dəyib.