Dünən yağan güclü yağış və küləkli hava nəticəsində Marneuli Bələdiyyəsinin bir sıra kəndlərinə ziyan dəyib. Təbii fəlakət səbəbindən bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazərda bəzi kəndlərdə qeyd olunan problem artıq aradan qaldırılıb.
Qaş (Böyük) Muğanlı kəndi elektrik enerjisinin verilişi bərpa olunmayan kəndlər sırasındadır. Burada digər kəndlərdə olduğu kimi çoxlu ağaclar aşıb, elektrik naqilləri sıradan çıxıb. Lakin digər kəndlərdən fərqli olaraq dünən saat 18:00-dan etibarən sakinlərə işıq verilməyib və onlar bütün gecəni qaranlıqda keçirməli olublar.
Biz, Qafqaz Turk Media qrupu olaraq, Energo Pro Georgia şirkəti ilə saxlasaq da, hələ ki, cavab almamışıq. Sakinlər hələ də elektrik enerjisinin nə vaxt bərpa olunacağı sualına cavab gözləyirlər.