Another advertisement
Türkiyə prezident seçkilərində müxalifətin namizədi Kamal Kılıçdaroğlu Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanla onun arasında böyük fərq olduğunu deyib.
QafqazTürk.com xəbər verir ki, Kılıçdaroğlunun sözlərinə görə, o, prezident olacağı təqdirdə Kremllə deyil, Qərblə münasibətlərə üstünlük verəcək.
“Biz sivil dünyanın bir hissəsi olmaq istəyirik. Biz azad media və məhkəmənin tam müstəqilliyini istəyirik. Ərdoğan isə belə fikirləşmir. O, daha avtoritar olmaq istəyir. Bizim Ərdoğanla fərqimiz ağ-qara fərqidir”, – deyə Kılıçdaroğlu deyir.