This is a specific ad

Gürcüstanın sabiq XİN başçısı Heydər Əliyev haqqında: “Çox böyük önəmi olub”

43

Another advertisement

“1990-cı illərdə Gürcüstanın müstəqilliyinin itirilməməsində Heydər Əliyev dühasının çox böyük önəmi olub”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın sabiq xarici işlər naziri Tedo Caparidze “Ümummilli lider Heydər Əliyevin xarici siyasətinin prioritetləri” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Sabiq nazirin sözlərinə görə, Heydər Əliyev Gürcüstanın müstəqilliyinin formalaşmasında da mühüm rol oynayıb:

“Çalışmalıyıq ki, bizim gənc nəsillər bunu unutmasınlar. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin də qeyd etdiyi kimi, 1990-cı illərdə Gürcüstanın müstəqilliyini itirməməsində Heydər Əliyev dühası çox önəmli idi. Dahi lider dünyasını dəyişdikdən sonra belə, vizyonu, strateji baxışları bu günlə həmahəngdir”.

“Eduard Şevardnadze bütün vacib məsələlərdə məni Bakıya göndərir və tapşırırdı ki, qardaşım Heydər Əliyevdən məsləhətlər al və fikirlərini öyrən. Buna görə dahi şəxsiyyətlə dəfələrlə görüşmək imkanı əldə etmişəm. Görüşlərimizdə Heydər Əliyev mənə deyirdi ki, regionun inkişafı və təhlükəsizliyi üçün birlikdə hərəkət etmək çox vacibdir. Bu hər hansı dövlətin təkbaşına edə biləcəyi bir məsələ deyil. Mən indi də yaxşı başa düşürəm ki, o zaman Heydər Əliyev nə qədər vacib məqamlara toxunurdu.

Heydər Əliyev Gürcüstan üçün çox vacib şəxsdir. Biz heç vaxt onu unutmayacağıq. Gürcüstanı enerji layihələrinə cəlb etməklə Heydər Əliyev ölkəmizin çox böyük faydalar qazanmasına töhfə verdi. Bu gün müstəqil Gürcüstan Heydər Əliyevin zamanında ölkəmiz üçün gördüyü işləri əsla yaddan çıxarmayacaq”, – o qeyd edib.

T.Caparidze bildirib ki, bir neçə gün öncə, sadəcə, tarix kitablarında oxuduğu Şuşa şəhərini ziyarət etmək imkanı əldə edib:

“Mən işğal illərini və həmin ağrılı-acılı günləri yaxşı xatırlayıram. İşğal Gürcüstana tanış anlayışdır. Ona görə həmin emosiyaları çox gözəl başa düşürük. Düşünürəm ki, biz bu kimi məsələlərdə bundan sonra da çox qətiyyətli olmalıyıq”, – deyə Tedo Caparidze bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Kamal Kılıçdaroğlu: “Mən Kremllə yox, Qərblə münasibətlərə üstünlük verəcəm”
Öncəki yazı
Gürcüstanlı məhşur şahmatçı Nona Qaprindaşvilinin 82 yaşı tamam oldu