Another advertisement
Gürcüstanın qərbində yenidən iki zəlzələ qeydə alınıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Birinci zəlzələ Oni şəhərinin yaxınlığındakı Tsxmori kəndində 4,4 bal gücündə olub.
İkincisi də Oni şəhəri yaxınlığındakı Badjixevi kəndində olub. Burada yeraltı təkanların gücü 4 bal təşkil edib.
Qeyd edək ki, birinci zəlzələ Oni bələdiyyəsinin ərazisində 3,8 bal gücündə olub.