This is a specific ad

Zurabişvili Anjey Dudaya: Qarşıdan gələn seçkilər ölkə üçün demokratiya sınağı olacaq

51

Another advertisement

Prezident Salome Zurabişvili İsveçrədə keçirilən Ukrayna Sülh Sammiti çərçivəsində Polşa prezidenti Anjey Duda ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki,   prezident Gürcüstan əhalisinin böyük hissəsinin Avropaya can atdığını, demokratiyanı dəstəklədiyini vurğulayıb və əlavə edib ki, oktyabrda keçiriləcək parlament seçkiləri ölkə demokratiyası üçün “vacib sınaq” olacaq.

“Görüşdə Gürcüstan prezidenti vurğuladı ki, Aİ-yə üzv dövlətlər gürcü xalqına və ölkəsinə qarşı yönələcək belə tədbirlər və qərarlar qəbul edə bilməzlər”, – prezident administrasiyasının press-relizində deyilir.

Anjey Duda görüşdə Polşanın gürcü xalqını Avropaya inteqrasiya yolunda dəstəklədiyini bildirib və Gürcüstanın yerinin Avropa İttifaqında olduğunu qeyd edib.

Bundan başqa, görüşdə prezidentlər Ukraynada baş verənləri və Kiyevə dəstək imkanlarını müzakirə ediblər.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Zelenski: Mən əminəm ki, gün gələcək Ukrayna və Gürcüstan birlikdə və əbədi Aİ-nin bir hissəsi olacaq
Öncəki yazı
Aleksey Overçuk: Ermənistanla Gürcüstan arasında dəmir yolu Rusiyanın yardımı ilə bərpa olunub