This is a specific ad

GAK-ın sədri, Hüseyn Yusubov Qurban bayramı münasibətilə təbriklərini çatdırır

26

Another advertisement

Gürcüstan Azərbaycan Konqresinin sədri Hüseyn Yusubov Qurban bayramı münasibətilə təbriklərini çatdırır.
QafqazTürk.com  xəbər verir ki, Hüseyn Yusubov təbriklərini müsahibəsində deyib.

“Əziz eloğlular!
Əziz müsəlman bacı və qardaşlar!
Hər birinizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və “Qafqaz Türk Media” qrupu olaraq, milli-mənəvi dəyərlərimizə, babalarımızdan miras və əmanət qalmış ənənələrə, o cümlədən dini mərasimlərimizə həmişə böyük hörmətlə yanaşırıq. Dini bayramlarımızı, həmçinin müqəddəs Qurban bayramını ruh yüksəkliyi ilə qeyd edirik.
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və insanpərvərliyə dəvət edən bir bayramdır. Bu əziz gündə biz müsəlmanlar Allah və din yolunda, xeyirxah əməllər uğrunda hər cür fədakarlığa hazır olduğumuzu, mənəvi dəyərlərə bağlılığımızı nümayiş etdiririk!
Qeyd edim ki, vətənimiz Gürcüstanda əsrlərdir ki, qarşılıqlı hörmətə və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın yaranmasında müqəddəs İslam dinimizin də önəmli rolu olmuş, indi də bu amalla yolumuza davam etməkdəyik.
Bu gün də xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səsləndiririk, mərhəmət və şəfqət duyğuları ilə yaşayırıq!
Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram!
Qurban bayramınız mübarək olsun!”
Hörmətlə: Hüseyn YUSUBOV
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
GAK-ის თავმჯდომარე, ჰუსეინ იუსუბოვი ყურბან-ბაირამის მილოცვას ავრცელებს
Öncəki yazı
ABŞ səfiri: “Qlobal müharibə partiyası”nın üzvü olmağımıza dair dezinformasiyalar yayılır”