Another advertisement
Kofein, spirt və duzun tez-tez istifadəsi böyrəklərin sağlamlığına çox pis təsir edir.
QafqazTürk.com xəbər verir ki, bu barədə terapevt Pavel Ramenski danışıb.
Müsahibəsində həkim bu orqanın normal fəaliyyətini necə pozulduğunu izah edib:
“Böyrəklər qanı tullantılardan və toksinlərdən təmizləyən, orqanizmdə su və mineralların balansını saxlayan qoşa orqandır. Lakin bəzi qidalar və pis vərdişlər onlara ölümcül təsir göstərir. Rasionda duzun artıq olması qan təzyiqini artırır və bu da böyrəklərə mənfi təsir göstərir. Kofeinli içkilər isə daşların əmələ gəlməsinə səbəb olur. Həmçinin orqanizmin susuz qalmasına səbəb olan spirtdən sui-istifadə də böyrəklərə mənfi təsir göstərir”, – deyə həkim vurğulayıb.