This is a specific ad

Bidzina İvanişvili “Christie’s” hərracında satılan İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb

53

Another advertisement

Bidzina İvanişvili Londonun  “Christie’s” hərracında satışa çıxarılan  İoane-Zosimenin nadir əlyazma kitabını satın alıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə  “Gürcü Arzusu”nun Kommunikasiya Şöbəsinin rəhbəri Qiorqi Qrdzelişvili sosial şəbəkədə yazıb.

Məlumata görə, sözügedən əlyazma üçün 1 milyon sterlinq ödəyib  və əlyazmanı Milli Muzeyə hədiyyə edəcək.

Qeyd edək ki, əlyazma xristian Fələstinin aramey dilində tərtib edilmiş ən mühüm fraqmentlərdən biridir. Melkian xristian icması Qərbi Aramey ləhcəsindən V-VIII əsrlərdə Fələstində və Trans-İordaniyada istifadə edirdi. Yalnız bir neçə yazı ( kitabə), palimpsestlərdə (səhifələri yuyulduqdan sonra təkrar yazı materialı kimi istifadə edilmiş əlyazmalar) və əlyazmalarda qorunub saxlanılır. Əlyazma İncilin ən qədim mətnlərini aramey dilinin ən yaxın dialektində – İsanın ləhcəsində ehtiva edir.

 

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Dolların lariyə nisbətdə məzənnəsi dəyişib – Bu günə olan məzənnə
Öncəki yazı
Prezident ikinci müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib