Another advertisement
İranda prezidentliyə ilk qadın namizəd Zöhrə Elahian növbədənkənar prezident seçkisində iştirak etməmək qərarına gəlib.
QafqazTürk.com xəbər verir ki, bu barədə siyasətçi “X” hesabında yazıb.
“İnqilabi hərəkatın birliyini qorumaq üçün, xalqın və elitanın etimadını qazanan namizədi dəstəkləyərək və inqilab liderinin qadınların yüksək rəhbər vəzifələrə təyin edilməsində göstərdiyi müdrikliyə görə minnətdarlığımı bildirərək, namizədliyimi geri çəkirəm”, – deyə Elahian bildirib.
Eyni zamanda, Elahian seçkidə inqilabi cəbhədə birliyi qorumaq üçün qadın ictimaiyyətini maksimum iştiraka çağırıb.
Xatırladaq ki, iyunun 1-də İran tarixində ilk dəfə qadın prezident seçkisində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.