Another advertisement
Gürcüstan və Azərbaycan yeni gömrük-keçid məntəqəsi açacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.
Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.
“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit, logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – İ.Kobaxidze bildirib.