Henley&Partners konsaltinq şirkəti 2024-cü ildə dünyanın ən güclü pasportlarının reytinqini dərc edib. QafqazTürk.com xəbər verir ki, reytinqdə birinci yeri Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur və İspaniya bölüşür. Adıçəkilən ölkələrin pasportları 194 ölkəyə vizasız gediş-gəliş imkanı verir. Əfqanıstan sonuncu yerdədir, onun pasportu ilə cəmi 28 ölkəyə vizasız gedə bilərsiniz.
Gürcüstana gəlincə, o, reytinqdə 51-ci yeri tutur. Gürcüstan pasportu ilə 122 ölkədə vizasız gediş-gəlişə icazə verilir. Ölkə regionda ən yaxşı nəticələrə malikdir. Qonşu ölkələrin reytinqi belə görünür:
Rusiya – 120 ölkə arasında vizasız səyahət 52-ci yerdədir
Türkiyə – 53-cü yer – 118 ölkəyə vizasız gediş-gəliş
Azərbaycan – 72-ci yer – 72 ölkəyə vizasız gediş-gəliş
Ermənistan 75-ci yerdədir – 69 ölkədə vizasız gediş-gəliş mümkündür