This is a specific ad

Süni intellekt insan düşüncəsini oxuyur

58

Another advertisement

Fin alimləri müasir elmdə böyük yeniliyə nail olublar. Onlar süni intellektə insan düşüncələrini oxumağı öyrədiblər.
QafqazTürk.com
xəbər verir ki, Finlandiyanın Helsinki Universitetində çalışan alimlərin süni intellektə insan düşüncələrini öyrətmə sınağı uğurlu olub.
Fin alimləri bildiriblər ki, bu sistem beyin siqnallarını təhlil edərək vizual qavrayışı simulyasiya etməyə qadirdir.
Qeyd olunur ki, süni intellekt insan şüurunda yaranan şəkillərlə bağlı lap əvvəllər elmə məlum olmayan məlumatları ötürə bilib. Alimlərin fikrincə, yeni texnologiya beyin-kompüter interfeysinə əsaslanır.
Fin alimləri bildiriblər ki, əvvəllər belə bir metodla işləyən, təcrübə keçən sistemlər beyinlə kompüter arasında mövcud olan yalnız birtərəfli əlaqəni təmin edə bilirdi.
Helsinki Universitetinin neyrotexnologiya sahəsində yeni nailiyyəti və yerli alimlərin qeyri-adi kəşfi elm aləmində belə texnologiyaların imkanlarını xeyli genişləndirəcək.
Onu da qeyd edək ki, ilk dəfə Finlandiya alimləri tərəfindən həyata keçirilən belə bir elmi yenilik süni intellektdən istifadə etməklə beyin siqnallarını, həmçinin kompüter təqdimatını eyni vaxtda modelləşdirən ilk elmi araşdırmadır.
Oqtay QORÇU

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Tbilisidə minik avtomobili ilə avtobusun toqquşması nəticəsində 5 nəfər xəsarət alıb
Öncəki yazı
რუსებმა საქართველოს მოქალაქე გაიტაცეს