Another advertisement
Ozurqeti rayon məhkəməsi əlil həyat yoldaşını qətlə yetirən kişini 18 il müddətinə azadlıqdan məhrum edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Baş Prokurorluğunun məlumatında deyilir.
Məlumata görə, məhkəmə kişini ailə üzvünü – məhdud fiziki imkanlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilib.
Məhkəmə prosesində ittiham tərəfi sübut edə bilib ki, kişi 2023-cü il noyabrın 17-də sərxoş vəziyyətdə Ureki kəndində arvadını öldürüb.