This is a specific ad

Xocornu kəndində daxili yolların bərpası işləri davam etdirilir

50

Another advertisement
Marneuli Munisipalitetinin Xocornu kəndində daxili yolların bərpası işləri davam etdirilir. Layihə çərçivəsində 1 200 metr uzunluğunda ikiqat asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Marneuli Munisipaliteti merinin birinci müavini Roin Dekanoidze və özünüidarəetmənin nümayəndələri iş prosesi ilə yerində tanış olublar.
Sözügedən layihə Regional İnkişaf Fondu və yerli büdcə tərəfindən birgə maliyyələşdirilir və onun ümumi dəyəri 414 806 lari təşkil edir.
Qeyd edək ki, 2024-cü ildə Marneuli Munisipalitetinin 18 kəndində daxili yol infrastrukturunun səhmana salınması planlaşdırılıb.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
გაზის(აირის) იარაღის შეძენის/რეგისტრაციის წესში ცვლილებები შევიდა
Öncəki yazı
Qeyri-gürcüdilli məktəblərin ibtidai sinif müəllimləri üçün imtahanlar təşkil ediləcək