This is a specific ad

Qeyri-gürcüdilli məktəblərin ibtidai sinif müəllimləri üçün imtahanlar təşkil ediləcək

19

Another advertisement

Gələn ildən Gürcüstanda qeyri-gürcüdilli məktəblərin ibtidai sinif (I-IV sinif) müəllimləri üçün kombinə edilmiş imtahanlar təşkil ediləcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə  iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva məlumat verib.
Bildirib ki, Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) əsaslandırılmış müraciətlər əsasında Azərbaycandilli məktəblərdə diskriminasiya faktlarının olmasını etiraf edib. Həmin müraciətlərdə bir sıra problemlərlə yanaşı ibtidai sinif müəllimlərinin üzləşdiyi çətinliklər, gürcü və qeyri-gürcüdilli məktəblər arasındakı kəskin fərq də əksini tapıb. Müraciətlər əsasında araşdırma aparıldıqdan sonra Xalq Müdafiəçisi Levan İoselianı Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Giorgi Amilaxvariyə müraciət edib.
Təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari iyunun 3-də Ombudsmanın məktubuna cavab verib.
Bildirilib ki, 2025-ci ildə qeyri-gürcü dilli məktəblərin ibtidai sinif müəllimləri üçün kombinə edilmiş imtahanlar təşkil olunacaq.
“Qeyri-gürcüdilli məktəblərin/sektorların müəllimlərinin maraqlarını nəzərə alaraq və onların karyera yüksəlişinə kömək etmək məqsədi ilə 2025-ci ildə qeyri-gürcüdilli məktəblərin ibtidai sinif (I-IV sinif) müəllimləri üçün kombinə edilmiş imtahanının təşkilini təmin etmək üçün hazırlıq işləri aparılır”- deyə, məktubda vurğulanır.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Xocornu kəndində daxili yolların bərpası işləri davam etdirilir
Öncəki yazı
Kaladze: ABŞ-nin sanksiyaları “Gürcü Arzusu” partiyasının mövqeyini dəyişməyəcək