Another advertisement
Gələn il yanvarın 1-dən Gürcüstana 2014-cü ildən əvvəl istehsal olunmuş yük maşınlarının və avtobusların idxalı qadağan ediləcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, məhdudiyyət ölkənin işlənmiş qazlarda zərərli maddələrin tərkibini tənzimləyən Avro-5 standartına keçidi ilə əlaqədar tətbiq edilir, ölkədə olan, eləcə də təkrar ixrac və tranzit məqsədilə ölkəyə gətirilən avtonəqliyyat vasitələrinə aid edilməyəcək.
Bu il yanvarın 1-dən Gürcüstan Avro-5 standartına uyğun olmayan minik avtomobillərinin idxalını dayandırıb. Bunlar, əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərdir.