This is a specific ad

İyunun 4-6-da Gürcüstanda gözlənilən hava şəraiti

21

Another advertisement
Milli Ekologiya Agentliyinin məlumatına görə, iyunun 7-dək Gürcüstanda yüksək havanın temperaturu davam edəcək. İstilər fonunda Qərbi Gürcüstanın dağlıq rayonlarında və Şərqi Gürcüstanın bəzi ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.
Tbilisidə axşam və gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
 Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): iyunun 7-dək yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstan düzənliyində (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 7-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcəyədək isti olacaq.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +33, +35 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli , Qardabani, Qori, Sxinvali): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcəyədək isti olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi də ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcəyədək isti olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi də ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro): bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ერთობლივი სწავლება „კავკასიის არწივი – 2024“ საზეიმოდ გაიხსნა
Öncəki yazı
4-6 ივნისს საქართველოში მოსალოდნელი ამინდი საქართველოში