Another advertisement
Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin xarici siyasət kursu ilə bağlı referendum keçirmək təşəbbüsü artıq Avro-Atlantik kursun lehinə seçim etmiş xalq üçün təhqirdir.
QafqazTürk.com xəbər verir ki, bunu parlamentin vitse-spikeri Arçil Talakvadze prezidentin referendum keçirmək təşəbbüsünə münasibət bildirərkən deyib.
“Nədənsə, bu etiraz aksiyalarından sonra radikal müxalifət və Salome Zurabişvili də bir sualla cavab verə bilmir: gürcü xalqı nə istəyir? Cəmiyyətimizin mütləq əksəriyyəti kimi belə bir sualımız yoxdur”, – o qeyd edib.