This is a specific ad

Müxalif deputat prezidentdən Rustaveli prospektindəki mitinqə gəlməsini xahiş edir

19

Another advertisement

“Biz Gürcüstan prezidenti Salome Zurabişvilidən xahiş edirik ki, bizimlə gəlsin və bu birliyin başında dayansın”                                                  QafqazTürk.com xəbər verir ki, bu sözləri müxalif deputat Tamar Kordzaia “xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən mitinqdə bildirib.

Onun sözlərinə görə, bu gündən döyüş həlledici mərhələyə keçir.

“Biz  prezidentin təklif etdiyi Gürcüstan Xartiyasının ruhu ilə razıyıq, çünki bizim məqsədimiz Gürcüstanı xilas etməkdir. Biz Gürcüstanın birliyinin simvolu, Gürcüstanın Ali Baş Komandanı, Gürcüstan prezidenti Salome Zurabişvilidən xahiş edirik ki, bizimlə gəlsin və bu birliyin başında olsun”, – deyə Tamar Kordzaia bildirib.

Qeyd edək ki,parlament “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə prezidentin veto qoymasını ləğv edib. “Gürcü arzusu” fraksiyasının təqdim etdiyi və Salome Zurabişvilinin veto qoyduğu layihə 84 səslə dəstəkləndi.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb
Öncəki yazı
Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi