Gürcüstan parlamenti “Xarici şəffaflıq haqqında” qanunu birinci səsvermədə ləğv edib.
Səsvermədə 84 lehinə, 4 əleyhinə səs əldə edilib.
QafqazTürk.com xəbər verir ki, qanunun qüvvəyə minməsi üçün prezident beş gün ərzində qanunu imzalamalıdır, əks halda qanunlayihəsi Gürcüstan parlamentinin sədri tərəfindən imzalanacaq və dərc ediləcək.
Prezidentin qanuna veto qoyduğunu və onu dəstəkləmədiyini nəzərə alsaq, qanun 5 gün ərzində parlamentin sədri tərəfindən imzalanacaq.
“Şəffaflıq” qanunu gəlirlərinin 20%-dən çoxunun xaricdən olan qeyri-hökumət və media qurumlarının xarici dövlətin maraqlarını daşıyan təşkilatları nəzərdə tutur. Qanun dərc edildikdən sonra Ədliyyə Nazirliyi və Milli Dövlət Reestri Agentliyinə “xarici dövlətin maraqlarını həyata keçirən təşkilatların” reestrini yaratmaq üçün 60 gün vaxt veriləcək, bundan sonra reyestrdə qeydiyyat bütün təşkilatlar üçün məcburi olacaq və onlar hər il maliyyə bəyannaməsi doldurmalı olacaqlar. Sözügedən qanunun tələblərinə əməl etməyən bütün təşkilatlar ilk olaraq 25 min lari məbləğində cərimələnəcək.
Səsvermədən əvvəl müxalifət nümayəndələrinin əsas hissəsi etiraz əlaməti olaraq parlament binasını tərk edərək Gürcüstan parlamenti qarşısında toplaşan vətəndaşlara qoşulublar.