This is a specific ad

Evlənmək məqsədi ilə qız qaçırdan şəxsə sərhəd polisləri də kömək etdi

41

Another advertisement

Evlənmək məqsədi ilə qız qaçırdan şəxsə sərhəd polisləri də kömək etdi

Xüsusi İstintaq Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin iki əməkdaşını və evlənmək məqsədilə qanunsuz olaraq qız qaçırdan şəxsi saxlayıb.

QafqazTürk xəbər verir ki , bu haqda Xüsusi istintaq Xidməti məlumat yayıb.
“İstintaq müəyyən edib ki, vətəndaş M.K. 23 yaşlı qızı onunla evlənmək məqsədilə qaçırmaq niyyətində olub. Bu gün Mestia şəhərinin Tamar Mepe küçəsində Sərhəd Polis Bölməsinin 2 əməkdaşının köməyi ilə o, qaçırtdığı şəxsə zor tətbiq edərək, avtomobilinə mindirərək qaçırdıb.
Xüsusi İstintaq Xidməti məlumatı aldıqdan sonra istintaq-əməliyyat tədbirləri həyata keçirib. Şahidlər dindirilib, hadisə yerinə baxış keçirilib, oğurluqla bağlı video çəkiliş əldə edilib, bundan sonra 25 may 2024-cü il tarixdə sərhəd polisinin hər iki əməkdaşı Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətdiklərinə görə həbs ediliblər” , – məlumatda qeyd olunub.
Bildirilib ki, saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. İttihamlar 48 saat saxlanılan şəxslərə təqdim olunacaq.
Xüsusi İstintaq Xidmətinin faktla bağlı araşdırmaları davam edir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
საქართველოს პრეზიდენტი პარტიებს ხელმოსაწერად „ქართულ ქარტიას” სთავზობს
Öncəki yazı
Gürcüstanda son 4 ildə ən çox sayda narkotik alverçisi saxlanılıb