This is a specific ad

Gürcüstanda son 4 ildə ən çox sayda narkotik alverçisi saxlanılıb

19

Another advertisement

2023-cü ildə Gürcüstanda 210 narkotik alverçisi saxlanılıb. Bu isə son 4 ildə ən yüksək göstəricidir

QafqazTürk.com xəbər verir ki, bu barədə  Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, onlardan 82-si narkotik vasitələrin bir qrup şəxs tərəfindən və ya külli miqdarda satışı ilə, 22-si isə xüsusilə külli miqdarda törədildikdə saxlanılıb.

Narkotik vasitələrin satışına görə 183 nəfər məhkum edilib.

Narkotik vasitələrin satışının ən çox yayılmış sxemi internet vasitəsilədir. Ötən il bu cinayətə görə 66 əcnəbi saxlanılıb.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Evlənmək məqsədi ilə qız qaçırdan şəxsə sərhəd polisləri də kömək etdi
Öncəki yazı
Nikol Paşinyanın helikopteri məcburi eniş edib