This is a specific ad

Ceyms Appaturay – Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq

67

Another advertisement

“Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatı qüvvədə qalacaq, bu baxımdan hər hansı dəyişiklik gözləmirəm “

QafqazTürk xəbər verir ki, bu barədə NATO baş katibinin köməkçisi Ceyms Appaturay açıqlayıb.

Ceyms Appaturay NATO-nun 2023 -cü ildə keçriləcək Vilnüs zirvə toplantısının gözləntilərindən danışıb.

Onun qeyd etdiyi kimi, Vilnüs zirvə toplantısında bir neçə yeni istiqamətə diqqət yetiriləcəyi gözlənilir, bunlardan biri mahiyyətcə NATO-nun müdafiəsini, planlar və təşkilatın gücləndirilməsi, digəri isə Ukrayna ilə bağlıdır.

“Əminəm ki, alyans Ukraynaya daha çox yardımın göstərilməsini müzakirə edəcək və Ukrayna ilə siyasi münasibətlərin çərçivəsini müəyyənləşdirəcək. İkincisi Asiya-Sakit okean regionu ilə çox yüksək səviyyədə gələcək əməkdaşlığ istiqamətində olmasına ümid edirəm. Üçüncüsü biz hamımız İsveçin üzvlüyünü alqışlamaq istəyirik. Dördüncüsü – Mən NATO-nun gələcəyi, innovasiyalar, yeni texnologiyalar, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, kibertəhlükəsizlik, hibrid təhlükəsizliyi ilə bağlı mühüm qərarlar gözləyirəm. Hazırda üzərində işlədiyim bir çox istiqamətlər var və məhz bu səbəbdən bununla bağlı konkret həll yolları olacağını bilirəm.

Gürcüstana gəlincə sizi tam əmin edə bilərəm ki, Gürcüstan hər gün NATO-nun gündəmində olduqca yüksək səviyyədədir. Beləliklə, şura səviyyəsində, bütün görüşlərdə məsələ iştirakla bağlıdırsa, o cümlədən Rusiyanın qonşuluğa mənfi təsiri kontekstində biz artıq Gürcüstanla münasibətlərimizi daha da intensivləşdirməyə qərar vermişik. Gücləndirilmiş əməkdaşlıq proqramı tezliklə reallaşacaq.

Məsələ açıq qapı siyasəti ilə bağlı olunca hansı siyasi dildən istifadə olunacaq, bilmirəm, hətta sənəd layihəsi belə hələ hazır deyil, hərçənd Buxarestin Gürcüstanın NATO-ya üzv olacağı ilə bağlı bəyanatının qüvvədə qalacağı aydındır – bu baxımdan hər hansı bir dəyişiklik gözləmirəm.” – deyə Ceyms Appaturay açıqlayıb.

Sonrakı yazı
Baş Nazir: “Azlığa qarşı zorakılığa yol verməyəcəyimiz kimi, azlığın da çoxluğa qarşı zorakılığına icazə verməyəcəyik”
Öncəki yazı
7-12 yaşlı uşaqlar üçün “Planetimizi sağaldaq” mövzusunda rəsm müsabiqəsi elan edilib – ƏTRAFLI