This is a specific ad

Mübahisəli qanunla bağlı veto haqqında

94

Another advertisement

Mübahisəli qanunla bağlı veto haqqında  “Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi Gürcüstan parlamenti ölkə Prezidenti Salome Zurabişvilinin mayın 18-də xarici agentlərlə bağlı qanun layihəsinə qoyduğu vetonu dəf edə bilər.

“Qafqaz Türk Media” xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.

Məqalədə qeyd edilib ki, vetonun götürülməsi üçün “Gürcü arzusu”nun malik olduğu sadə səs çoxluğu tələb olunur. “İndi əsas sual ondan ibarətdir ki, “Gürcü arzusu” vetonu ləğv etmək qərarına gələcək, yoxsa qanunun qəbulunu sentyabr ayına qədər təxirə salacaq”, – nəşrin yazısında belə deyilir.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə parlamentinin qəbul etdiyi mübahisəli “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və medianın xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur.

Kateqoriya: Siyasət
Sonrakı yazı
19 May – Milli mübarizənin başlanğıcı
Öncəki yazı
პრეზიდენტმა “გამჭვირვალობის კანონს” ვეტო დაადო