Another advertisement
İtaliyanın “Napoli” klubunun rəhbərliyi Xviça Kvaratsxeliyanı komandada saxlamaq üçün maaşını 6 dəfə artırmağa hazırdır.
QafqazTürk.com xəbər verir ki, Fransanın PSJ və İngiltərə Premyer Liqasında çıxış edən klubların maraq dairəsində olan gürcüstanlı futbolçuya 150 milyon avroluq sərbəst qalma bəndini özündə əks etdirən yeni müqavilə təklif olunacaq.
Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsüm “Napoli”nin heyətində 42 oyuna çıxıb və 10 qol vurub.