Another advertisement
İsveçrə “Avroviziya-2024”ün qalibi olub.
QafqazTürk.com xəbər verir ki, İsveçrə təmsilçisi 591 xal toplayıb.
İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri qərarlaşıb.
“Avroviziya 2024”ün qalibi isveçrəli Nemo müsabiqənin bağlanış çıxışında qazandığı şüşə mikrofonu səhnədəcə sındırıb.
Qeyd edək ki, 2008-ci ildən etibarən təşkilatçılar hər bir “Avroviziya” qalibini özgün şüşə mikrofonla mükafatlandırırlar. Mükafatı ilk sındıran isə 2009-cu ildə norveçli Aleksandr Rıbak olub, 2013-cü ildə isə eyni hadisəni Danimarka təmsilçisi törədib.