This is a specific ad

Kobaxidze: “Gürcüstan Azərbaycan-Aİ “yaşıl dəhliz”i üzrə tərəfdaşlarla sıx əməkdaşlıqda maraqlıdır”

55

Another advertisement

Gürcüstan Azərbaycan-Avropa İttifaqının (Aİ) “yaşıl dəhliz” layihəsində tərəfdaşlarla daha sıx əməkdaşlıqda maraqlıdır.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu ölkənin paytaxtında Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində keçirilən Rəhbərlər Şurasının sessiyasının açılışında çıxış edərkən bildirib.

Baş nazirin sözlərinə görə, qlobal böhran fonunda beynəlxalq sabitlik, enerji və ərzaq təhlükəsizliyi üçün alternativ marşrutlar həlledici əhəmiyyət kəsb edir: “Bunu nəzərə alaraq, Qara dənizin dibi ilə elektrik və internet kabellərinin çəkilməsi, Qara dəniz boyunca bərə daşımaları və qarşılıqlı əlaqəni yaxşılaşdırmaqla bağlı digər layihələri təşviq etmək üçün tərəfdaşlarımızla daha sıx işləməyi gözləyirik”.

İ.Kobaxidze onu da vurğulayıb ki, Gürcüstan Şərq-Qərb, Cənub-Şimal, Cənub-Şərq dəhlizlərinin tikintisini davam etdirir, nəqliyyat əlaqələrini və qarşılıqlı əlaqəni yaxşılaşdırır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Gürcüstana ən çox turistin gəldiyi 15 ölkə
Öncəki yazı
ADB-nin Tbilisidə keçirilən iclası çərçivəsində geosiyasət və iqlim dəyişikliyi müzakirə olunur