Another advertisement
Üç yeniyetmələrin olduğu avtomobil çaya düşüb.
QafqazTürk.com xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Bildirilib ki, içində 3 yeniyetmə olan avtomobil ötən gün Mestia munisipalitetinin Nakra kəndi yaxınlığında Enquri çayına düşüb.
“Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir”, – deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib.