This is a specific ad

Azərbaycan və Gürcüstan ombudsmanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

28

Another advertisement

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev   ombudsman Levan İoseliani ilə görüşüb.

QafqazTürk.com xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq, qardaşlıq əlaqələrinin son illər daha da inkişafından məmnunluq ifadə ediblər.

F.Quliyev Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlərlə yanaşı, digər sahələrdə əlaqələrin intensivliyindən söz açaraq, hazırda görülən işlər və gələcək əməkdaşlıq perspektivlərindən danışıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə Gürcüstanın Xalq Müdafiəçisi arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
QafqazTürk- მედია იწყებს გადაცემათა ციკლს
Öncəki yazı
Tbilisidə hakim “Gürcü Arzusu” partiyasının təşkilatçılığı ilə genişmiqyaslı mitinq keçirilib