This is a specific ad

Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib

53

Another advertisement

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının paytaxt Tbilisidə keçirəcəyi genişmiqyaslı mitinqini tənqid edib.

QafqazTürk.com xəbər verir ki, Prezident Zurabişvili “X” platformasındakı paylaşımında “dövlət qulluqçularının avtobuslara doldurularaq hakim partiyanın qərarlarını alqışlamaq üçün Tbilisiyə gətirildiyini” qeyd edib.

“Həqiqi Gürcüstan azad Gürcüstandır. Avropalı Gürcüstandır”, – Zurabişvili vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bu gün saat 20:00-da Tbilisidə parlament binası qarşısında 100 mindən çox vətəndaşın iştirakı ilə mitinq planlaşdırıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Avropa Komissiyasının genişlənmə üzrə Baş direktoru Cənubi Qafqaza səfər edəcək
Öncəki yazı
Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb